Gəncə şəhəri Yüsif Məmmədəliyev küçəsində baba yük maşını ilə nəvəsini vuraraq öldürüb. 

Unikal.org xəbər verir ki, Qasımov Ərəstun yük maşını işə salan zaman ehtiyatsızlıqdan nəvəsi, 2016-cı il təvəllüdlü Ərəstun Nizami oğlu Qasımovu vurub. Ağır bədən xəsarətləri alan uşaq xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.