Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Moskvaya səfərində "MAKS 2019" aviasiya sərgisində iştirak edib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Rusiya dövlətinin yeni istehsal etdiyi "Su-57" qırıcı təyyarəsinə baxıb.

Ərdoğanın Vladimir Putinə "Biz bundan alacayıq?" sualına Rusiya Prezidenti "Ala bilərsiniz" cavabını verib. ABŞ-ın Türkiyəni "F-35" proqramından çıxarmasından sonra Ankaranın qırıcı təyyarə flotunu yeniləmək üçün müxtəlif seçimlərə əl atmaq məcburiyətində qalıb. Rusiyanın ixrac etməyə hazırlaşdığı "Su-57" təyyarəsi də bu seçimlərdən biri olaraq görünür.