Türkiyənin məşhur müğənnisi Fərhat Göçerin sevgilisi, sənətçi və köşə yazarı Ömür Gedik sosial şəbəkə paylaşımına görə "linç edilib".

Unikal.org-un məlumatına görə, Ömür Gedik şəxsi Tvitter hesabında tvit paylaşaraq həddindən artıq qısa şort geyinən qızlardan gileylənib.

Onun paylaşımı qısa zamanda geniş müzakirələrə səbəb olub. Sənətçinin tərəfini tutanlar da olub, onun əvvəllər çəkdirdiyi qısa şortlu fotosessiyasını paylaşıb, susduranlar da.

Ömür Gedik sonradan yenidən sözünün üstündə durub və AVM-də çəkilən şortikli qızın şəklini şəxsi Tvitter hesabında yayıb.

Onun bu tviti də qalmaqal yaradıb və birmənalı qarşılanmayıb. O, daha sonra "şortla gəzməyin demirəm, "g string" geyinib, şəhərə çıxmayın deyirəm. Hədəfim cinsiyyət orqanlarını göstərməyə çalışan ( təşrihci ) qız tipləridir", - deyə özünə haqq qazandırıb.