Bu yay "Qarabağ"la yollarını ayıran Vild-Donald Gerye karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.  30 yaşlı futbolçu "Neftçi"yə keçəcəyi gözlənilir. 

Unikal.org xəbər verir ki, bu barədə Haiti mətbuatı məlumat yayıb. 

Məlumat bildirilir ki, Gerye yaxın günlərdə Bakıya gələcək və "Neftçi"də tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Hətta xəbərdə haitili oyunçunun "ağ-qaralar"la 2 illik müqaviləni razılaşdırdığı da qeyd edilib. Gerye hazırda lazım olan sənədlərin hazırlanmasını gözləyir və bundan sonra ölkəmizə səfər edəcək.

Bildirilri ki, Geryenin "Neftçi"də aylıq maaşı 35 min dollardan çox olacaq. Həmkarlarımız Geryenin əvvəlcə bu təklifi geri çevirdiyini, lakin daha sonra qəbul etdiyini bildirib. Tərəflər arasında razılığa əsasən müqavilə imzalandıqdan sonra Geryeyə illik məvacibinin yarısı öncədən ödəniləcək.  

Qeyd edək ki, Vild-Donald Gerye 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib.