Həyat yoldaşı meyxanaçı Rəşad Dağlıdan boşanır.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, Nailə Süleymanzadə bununla bağlı artıq məhkəməyə müraciət edib.

O, Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Əmirov Rəşad Vaqif oğlundan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirib.

Qeyd edək ki, cütlük 2010-cu ildə ailə qurub. Onların Vaqif adlı övladı var.