Kolumbiyada tabutdan 300 kiloqramdan çox narkotik vasitə aşkar edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, reyd zamanı 2 tabut daşıyan cənazə maşının saxladıldığını və sürücünün davranışlarından şübhələnərək tabutları açmağa qərar veriblər.

Bir tabutun narkotik maddələrlə dolu olduğu müəyyən olduqdan sonra sürücü polis tərəfindən saxlanılıb. Kolumbiya dövləti yenidən güclənən narkotik ticarətinin qarşısını almaq üçün ən böyük alıcı mövqeyində olan ABŞ-ın maliyyə dəstəyi ilə proqram həyata keçirir. 2017-ci ildə ölkədə 900 tondan çox narkotik vasitə istehsal edildiyi bildirilir.