Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Aydın vilayətinin Sultanhisar rayonu ərazisində qeydə alınıb. İlkin məlumata görə, sürücü qəfil yola çıxan iti vurmamaq üçün sərt dönüş edərkən idarəetməni itirib və sərnişin avtobusunu aşırıb. 

Qəza nəticəsində 47 nəfər yaralanıb. Onların xəstəxanalara aparıldığı bildirilir. Qeyd olunub ki, yaralılar fabrika işçiləridir.