Türkiyənin Sivas vilayətinin Koyulhisar rayonunda yerləşən su elektrik stansiyasında qəza baş verib.

Unikal.org-un məlumatına görə, qəza nəticəsində iki avtomobil su altında qalıb, altı nəfər xilas olunub.

Bildirilir ki, su elektrik stansiyasının kanallarından birində partlayış baş verib, nəticədə magistral yol su altında qalıb.

İl Baş məmuru Saleh Ayhan, suyun çəkilməsi üzrə işləri aparıldığını, vəziyyətin nəzarət altında olduğunu söyləyib.

Xilas olunan 6 nəfər xəstəxanaya yerləşdirilib.