İlham Əliyev yeni Bulvarda
İlham Əliyev yeni Bulvarda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Dövlət Bayrağı Meydanında və onun ətrafında görülən abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olub.
İlham Əliyevə layihə üzrə görülən işlər barədə məlumat verilib. Bakı bulvarının genişləndirilmiş hissəsində paytaxt sakinlərinin və şəhərin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün ən müasir şəraitin yaradılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.
Bakı bulvarının genişləndirilmiş hissəsində həyata keçirilən abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olan İlham Əliyev müvafiq tapşırıqlarını verib.