40 yaşlı şəxsin Kürdən meyiti tapılıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin çaya düşməsi barədə məlumat daxil olub. 

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Abdullayev Seymur Bayram oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.