Çində subayların sayı 200  milyona çatıb. Bundan narahat olan hökumət alternativ variantlar fikirləşir.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bunlardan biri də subay olan gənclərin evlənəcəkləri şəxsləri tapması üçün onları qatar səyahətinə çıxarmaqdır.

Belə ki, bir gecə 2 gün davam edən qatar səyahətinə yüzlərlə gənc qatılıb. 

Qeyd edək ki, "Love-Pursuit" adlanan və 10 vaqondan ibarət olan qatar 3 il əvvəl istifadəyə verilib. Bu günə qədər qatarla 3 minə yaxın insan səyahətə çıxıb. Qatarda tanış olan gənclərdən yalnız 10 cütlük ailə qurub.

Səyahət zamanı əyləncəli fəaliyyətlər, oyunlar təşkil olunur. Gənclər son dayanacaq olan şəlalə önündə birgə yemək yeyirlər.