Gəncə şəhərində piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov prospektində  qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən sərxoş yaşlı kişini hərəkətdə olan “VAZ 2107” markalı avtomobil vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.