Daşkəsəndə intihar hadisəsi baş verib.

Unikal.org  qafqazinfo-ya istinadən  xəbər verir ki, hadisə rayonun Alünitdağ qəsəbəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Hüseynova Aysel yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. A. Hüseynova bir uşaq anası olub.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılır.