Goranboy rayonunda yanğın olub.
 
Unikal.org FHN-ə istinadən xəbər verir ki, Dəliməmmədli şəhərində bir-birinə bitişik tikilmiş ümumi sahəsi 56 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ümumi sahəsi 42 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 40 km² olan talvarın yanar konstruksiyaları və ümumi sahəsi 92 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.