Səbail rayonunda xarici vətəndaşların pulunu hədəqorxu ilə alan Bakı şəhər sakini saxlanılıb. 

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən 2 əcnəbi vətəndaş avqustun 28-də axşam saatlarında N.Rəfibəyli küçəsində onlara yaxınlaşmış naməlum şəxsin içərisində 100 manat, 100 ABŞ dolları və 200 real olan pulqabılarını açıq talama yolu ilə apardığını bildiriblər.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırma aparılmışdır.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Miriyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.