Hatayda əkiz Mehmet Ali və Əziz Ramazan Güleç qardaşları, özləri kimi əkiz olan İpək və Dilek Kiçik bacılarıyla evlənib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hərbiçi olan 25 yaşlı Mehmet Ali və Ramazan qardaşlar əkiz İpək və Dilek bacılarıyla təxminən bir il əvvəl ailə yaxınlarının vasitəsilə tanış olub. İlk görüşdə bir birini bəyənən əkiz cütlüklər eyni toy salonunda birlikdə toy mərasimi təşkil edib və eyni rəngdə geyiniblər.

Əziz Ramazan Güleç jurnalistə müsahibəsində belə deyib: 

"Anamız "bir evdən iki bacı və ya bir əkiz tapa bilsəm evlendirəcəm sizi" demişdi. Belə bir arzusu var idi. O da muradına çatdı, biz də... Allaha şükür sevdiklərimizi aldıq. Uca Rəbbimiz sayəsində indi buradayıq. İnşallah bizi daha xoşbəxt günlər gözləyir. İndi qardaşımla bacanağıq. Həyat yoldaşlarımız da elti oldu".