Əsəd rejim gücləri 31 avqust tarixindən etibarən qarşıdurmaların sıxlaşdığı İdlib bölgəsində birtərəfli atəşkəs elan edəcək.

Unikal.org xəbər veirr ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən açıqlama verilib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İdlib ilə bağlı hadisələrin hələ Türkiyənin istəyi səviyyədə olmadığını bildirib. 

Bu açıqlamadan sonra, Rusiya Müdafiə Nazirliyi Suriya ordusunun şənbə günündən etibarən İdlib bölgəsində birtərəfli atəşkəsə gedəcəyini bildirib. Nazirlik açıqlamasında bölgədəki silahlı qrupları da atəşkəsə əməl etməyə çağırıb.