"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Unikal.org xəbər verir ki, Ağdam klubu ilk matçını sentyabrın 19-u doğma meydanda "Sevilya"ya qarşı keçirəcək. 

İkinci turda “Düdelanj”ın qonağı olacaq "Qarabağ" 3 və 4-cü turlarda bu mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəldiyi Kipr APOEL-i ilə qarşılaşacaq. 

5-ci turda "Sevilya"nın qonağı olacaq Qurban Qurbanovun komandası son turda "Düdelanj"ı qəbul edəcək.