Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Unikal.org xəbər verir ki, qardaş ölkə başçısının səfəri oktyabr ayına planlaşdırılır.

Bu barədə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral məlumat verib.

Onun sözlərinə görə, Ərdoğan həmin ayda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.