Türkiyədə yenidən zəlzələ oldu.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki,  4,4 bal gücündə yeraltı təkanlar Egey dənizində qeydə alınıb.

Məlumata görə, təkanlar İzmir və Kuşadasında hiss edilib. İlk zəlzələlər yerli vaxtla saat 18:38-də 4,4 bal gücündə hiss olunub. 19:23-də 3,6, 20:21-də 4,5 bal zəlzələlər baş verib.

Zəlzələ ocağı 7,11 kilometr dərinlikdə qeydə alınıb.