ABŞ-ın Mobil şəhərində (Alabama ştatı) "Ledd-Piblz" stadionunda atışma baş verib.

Unikal.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, insident futbol oyunundan sonra baş verib. Atışma nəticəsində 10 nəfərdən çox adam yaralanıb.

Bildirilir ki, yaralananlar 15-18 yaş arasında yeniyetmələr olub.

İnsidentlə bağlı araşdırma aparılır.