Türkiyənin Baş Təhlükəsizlik Müdirliyi  internetdə bu fotoların paylaşılmasıyla bağlı hərəkətə keçib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Twitter”dən bir qız uşağına aid ədəbsiz şəkillər paylaşan şəxslər haqqında istintaq başladılıb.  

Bu barədə Baş Təhlükəsizlik Müdirliyindən məlumat verilib.  Açıqlamada bildirilib ki, hesabın bağlanılması istiqamətində Təhlükəsizlik Ümumi Müdirliyi Kiber cinayətlərlə Mübarizə İdarəsi tərəfindən Twitter şirkətinə rəsmi tələb çatdırılaraq.

Bu paylaşımları edən şəxslərin cinayətə cəlb olunacağlı da bildirilib.