Zərdab rayonunda işlədiyi fermadan xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb.

Unikal.org-un xəbərinə görə, Zərdab rayon Körpükənd kənd sakini, 1987-ci il təvəllüdlü Rusif Məhəmmədəli oğlu Məmmədov 29 avqust 2019-cu il tarixində Rayon Polis Şöbəsinə müraciət edərək, 24 avqust 2019-cu il tarixdə ona məxsus fermer təsərrüfatından 24 baş xırdabuynuzlu heyvanının oğurlanmasını bildirib.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayonu Allahqulubağı kənd sakini, 1992-ci il təvəllüdlü Əşrəf Mahmudəli oğlu Mahmudov saxlanılıb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.