Ağcabədi rayonunda 12 yaşlı yeniyetmənin gözü küt alətlə çıxarılıb.

Unikal.org xəbər verir ki, bununla bağlı zərərçəkənin atası Ağcabədi Rayon Polis şöbəsinə müraciət edib. 

Ağcabədi rayon sakini, 1980-ci il təvəllüdlü Ehtiram Hüseynov polisə bildirib ki, ötən il əmisi oğlu Nicat Hüseynov küt alətlə onun oğlunun gözünü çıxarıb. Hadisənin hansı zəmində baş verdiyi hələ ki məlum deyil. 

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.