Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Unikal.org xəbər verir ki, Super Liqa təmsilçisi “Arsenal”dan Məhəmməd Elnenini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Misirli futbolçu 2019/20 mövsümünü icarə əsasında “Beşiktaş”da keçirəcək.

2016-cı ildən “Arsenal”da çıxış edən 27 yaşlı yarımmüdafiəçi, 75 dəfə də Misir millisinin formasını geyinib.