İsmayıllıda 22 yaşlı oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, hadisə bu gün günorta saat 14:00 radələrində İsmayıllının İvanovka kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Jaben Aleksandr Nikolayeviç yaşadığı evin divarında xarab olan elektrik naqilini təmir edərkən ehtiyatsızlıq edib və cərəyan onu vuraraq öldürüb. Onun meyiti müayinə üçün  Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.