Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektindəki Füzuli parkında baş verib.

Rayon sakini Ramin Mahmudov həmin parkda tanışı Ələkbərov Məhərrəm Zəhmət oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mahmudov çayxanadan götürdüyü bıçaqla M.Ələkbərovun kürək və qarın nahiyəsindən iki bıçaq zərbəsi endirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.