Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanın olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.