Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhər hüdudlarında qeydə alınıb.

Mübahisə və münaqişə zəmnində 1985-ci il təvəllüdlü Yevlax rayon Gülövşə kənd sakini Əliyev Emin Vidadi bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı şəhər xəstəxanasına yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.