Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayon ərazisində "VAZ 2106" markalı minik avtomobili yolu keçmək istəyən piyada, 1987-ci il təvəllüdlü Rzayeva Xəyalə Çingiz qızını vurub.

Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.