Bu gün İran Xəzər dənizində "Davamlı təhlükəsizlik-98" hərbi təliminə başlayıb.

Unikal.org İRNA agentliyinə istinadən verdiyi məlumata görə, təlimlər 4 gün davam edəcək.

Təlimdə İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri və bölmələri iştirak edir. Təlim müddətində şərti düşmənin yerüstü, dəniz və hava hədəflərinin məhv edilməsini nəzərdə tutan əməliyyatlar icra olunacaq.