Norveçdə vertolyot qəzaya uğrayıb.

Unikal.org "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə dünən ölkənin şimalında, Alta şəhəri yaxınlığında baş verib.

Qəzaya uğrayan vertolyot yanıb. Vertolyotun göyərtəsində pilot və 20 yaşlarında 5 sərnişin olub. Pilot və sərnişinlər qəza nəticəsində həyatlarını itirib.

Qəzanın səbəbi araşdırılır.