23 Oktyabr 2019
Azərbaycan xalqı Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir - Hikmət Hacıyev
Azərbaycan xalqı Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir -Hikmət Hacıyev SİYASƏT 16:27 2019-09-01

XXI əsrdə Azərbaycan xalqı hələ də Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir.

Unikal.org xəbər verir ki, bu barədə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

H.Hacıyev qeyd edib: "01.09.1939 - tarixin ən qanlı müharibəsi olan II Dünya müharibəsi başlayıb. XXI əsrdə Azərbaycan xalqı Ermənistanın yürütdüyü, bu yaxınlarda baş nazir səviyyəsində bir daha təsdiq edilən, II Dünya müharibəsinə xas olan işğal, anneksiya, anşlüz kimi siyasətdən və təfəkkürdən əziyyət çəkir"