Cəlilabadda dayısını qətlə yetirməkə təqsirlənirilən 1994-cü il təvəllüdlü Ramil Manafovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Etibar Camalovun sədrliyi ilə keçirilən prosesə qərar elan olunub.

Məhkəmənin qərarına görə, R.Manafovun apellyasiya şikayəti qismən təmin edilib.

Onun 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası 9 il 6 aya endirilib.

İttiham aktına əsasən, hadisə 2018-ci il oktyabrın 7-də Cəlilabad rayonu, Qarazəncir kəndində baş verib.

R.Manafovun dayısı Mehman Cəfərov axşam saatlarında sərxoş vəziyyətdə onların yaşadığı evə gəlib, atası Arif Manafovla mübahisə edib. Bu zaman dayısı əlində tutduğu bıçaqla atasını ölümlə hədələyib. Daha sonra R.Manafov əvvəl dayısı M.Cəfərovun əlində tutduğu bıçaqla onun dodaq nahiyəsinə vurub. Daha sonra həmin bıçaqla dayısını bıçaqlayaraq qətlə yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Manafov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.