Türkiyədə tibb fakultəsində oxuyan tələbə oğlan özünü öldürüb.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Doğanyurtun Düzağac kəndində baş verib. 

Qaradəniz Texniki Universitetinin Tibb fakültəsinin tələbəsi Sezer Sümer intihar edib. O, yaşadığı evdə ov tüfəngi ilə özünü güllələyib. Onun uzun müddət imiş depressiv vəziyyətdə olduğu bildirilir. Hadisə yerinə təcili yardım briqadası gəlsə də  onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.