Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Unikal.org Türkiyə KİV-nə istinadən  xəbər verir ki, Super Liqa təmsilçisi “Sportinq”dən Abdula Diabini transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 28 yaşlı hücumçunun Türkiyəyə gəldiyi, tibbi müayinədən sonra isə 1 illik müqavilə imzalayacağı bildirilir. Malili oyunçu “Beşiktaş”da icarə əsasında çıxış edəcək.

Diabi “Sportinq”in heyətində ötən mövsüm Avropa Liqasında “Qarabağ”a qarşı hər iki oyunda iştirak edib. Hücumçu “Sportinq”in Bakıdakı 6:1 hesablı qələbəsində 2 qolla yadda qalıb.