Türkiyənin paytaxtı Ankarada qətl törədilib.

Unikal.org xəbər verir ki, İbrahim Köksal adlı şəxs ailə münaqişəsi zəminində 38 yaşlı həyat yoldaşı Sibel Köksalı boğaraq qətlə yetirib. 

17 illik ailədə ölümlə nəticələnən münaqişənin hansı səbəbdən baş verdiyi məlum deyil. Qətldən sonra 4 uşaq atası olan qatil könüllü polisə təslim olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.