Çində məktəbə silahlı hücum olub. Enşi şəhərində baş verən hadisə nəticəsində 10 məktəbli xəsarət alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yaralanan uşaqlardan 2-nin həyatını xilas etmək mümkün olub.

Polis cinayəti törədən şəxsi yaxalayıb. Bu, 40 yaşlı yerli sakindir.