Türkiyənin Taksim Meydanında küçə iti 20 dəqiqə ərzində iki qadının dişləyib. 

Unikal.org xəbər verir ki, qadınlardan biri Azərbaycanlı digəri isə iordaniyalı olub.  İtin qolundan dişlədiyi iordaniyalı qadın ciddi xəsarət aldığı üçün xəstəxanaya aparılıb. 

Bildirilir ki, azərbaycanlı qadın küçə itinə yemək vermək istəyib. Bu zaman o heyvanın hücumuna məruz qalıb. Bu hadisədən 20 dəqiqə sonra həmin küçə iti onu sevələmək istəyən iordaniyalı qadına hücum edib.