Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana gələcək. 

Unikal.org TASS-a istinadən xəbər verir ki, səfərdə məqsəd Rusiya və Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparmaqdır.  

"Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. O, Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və  bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə Rusiya-Azərbaycan təhlükəsizlik müşavirələri keçirəcək", - Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinin açıqlamasında bildirilir.