Rusiyanın Surqut şəhərində axtarışda olan azərbaycanlı saxlanılıb.

Unikal.org-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həbs edilən Zamanov X.T. bir ilə yaxınaxtarışda olub.O, oğurluq, dələduzluq, maddi ziyan vurma və rüşvətə təhriketməkdə ittiham olunur.

Azərbaycan Baş Prokurorluğu həbs olunanazərbaycanlınınölkəsinə ekstradisiya edilməsi üçün RusiyaBaş Prokurorluğuna müraciət edib. Müraciətə müsbət cavab verilib.

O, yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək.