Qobustanda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Qobustan rayon Nərimankənd kəndində olub.

Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb. 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.