Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayon ərazisində 1976-cı il təvəllüdlü Saatlı rayon sakini İsgəndərov Əflan Suvarağa oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.