UEFA Gənclər Liqasının Çempionlar yolunun ilk iki mərhələsinin püşkatma mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, “Qəbələ”nin bu yarışdakı rəqibi müəyyənləşib. 

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan təmsilçisi Çempionlar yolunun birinci mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq. İlk oyun oktyabrın 2-də, cavab matçı ayın 23-də keçiriləcək. 

Qeyd edək ki, “qırmızı-qaralar” qitə miqyaslı klub turnirində 3-cü dəfə mübarizə aparacaqlar.