İzmirdə 5 yaşlı oğlu  Eymen Sadık Durakı öldürməkdə ittiham olunan anası 25 yaşlı Mine Durak və onun sevgilisi Serkan Erçetin məhkəmə qarşısına çıxarılıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qatil cütlük ifadələrində bir-birilərini günahlandırıblar. 
37 yaşlı Serkan Erçetin Mine Durakın Eymenə şiddət tətbiq etdiyini deyib. 

Erçetin həmçinin Eymenin nəfəs borusuna soda düşdüyü üçün öldüyünü iddia edib: 

"Anası Eymeni basdırıb, gizlətməyimizi dedi. "Heç kimə dərdimizi danışa bilmərik"  dedi. Hər planı anası qurdu. Olaydan öncə narkotik vasitədədən isitfadə etmişdik". 
Mine Durakın isə oğlunu Serkan Erçetinin öldürdüyünü önə sürüb.

Həyat yoldaşını 2 il əvvəl ürək tutması nəticəsində itirən Mine Durakın oğlu Eymen Sadık Duraka yaxşı baxmadığı və şiddət tətbiq etdiyi xəbərini alan polis ötən həftə hərəkətə keçib. Polis, uzun müddət evə gəlməyən ana Durakı qohumlarının evində tutub, oğlu Eymeni isə onun yanında olmayıb. Polisə ilk olaraq ziddiyyətli ifadə verən Durak, daha sonra oğlunun sevgilisi tərəfindən döyülərək, öldürüldüyünü söyləyib. 

Durakın göstərdiyi yerdə axtarış edən polis əməkdaşları üstü kərpiclə bağlı təndiri açdığı zaman paket içində, Eymenin əlləri və ayaqları bağlı cansız bədənini tapıblar. 
Uşağın cəsədi morqa aparılıb.