Müğənni Afət Fərmanqızı dekabrda özünə 2-ci dəfə toy edəcək.

Unikal.org xəbər verir ki, bu barədə lent.az -a ifaçının yaxınlarından xəbər verilib. Afət Hacı Roma (Ramal Hüseynov) ləqəbi ilə tanınan iş adamı Roma ilə nikah masasına oturacaq. 

Paytaxtın ən elit restoranlarının birində keçirəcək toyu isə müğənni Nazənin ansamblı ilə idarə edəcək. Mediaya qapalı olacaq toya şou-biznesin bir çox tanınmışları dəvət olunub.

Qeyd edək ki, A.Fərmanqızı bir dəfə ailə olub, boşanıb. Onun ilk evlilikdən bir oğlu var. Övladı yüksək balla ali məktəbə daxil olan tələbələrdəndir. Afətin ailə quracağı şəxs də ailəli olub, boşanıb, övladı olmayıb.

Xatırladaq ki, A.Fərmanqızı bir müddət öncə sosial şəbəkədə kəbin şəhadətnaməsinin şəklini paylaşaraq, "Həyatıma xoş gəldin" şərhini yazmışdı.