Ukraynada Azərbaycan və İran arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Unikal.org xəbər verir ki, Azərbaycan və İranın Ukraynadakı səfirləri Azər Xudiyev və Monuçehr Moradi arasında bu gün keçirilən görüşdə Qara dəniz hövzəsində təhlükəsizliyin təmini, birgə regional layihələrin həyata keçirilməsi əsas müzakirə mövzusu olub.

Səfir A.Xudiyev bildirib ki, Ukraynada yaşayan Azərbaycan və İran iş adamlarının birgə iqtisadi layihələr həyata keçirməsi olduqca vacibdir. Bu istiqamətdə koordinasiyalı işlər görülməlidir.
M.Moradi isə öz növbəsində İranın Azərbaycanla birgə müştərək iqtisadi yatırımlar qoymasında maraqlı olduğunu açıqlayıb.

Görüşdə qərara gəlinib ki, Ukraynada Azərbaycan və İran iş adamlarının müştərək layihələri üçün xüsusi mexanizm hazırlanaraq həyata keçirilsin.