Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama görüşü keçirəcək.

Unikal.org-un klubun saytına istinadən yaydığı xəbərə görə, Ayxan Abbasovun komandası “Qəbələ” ilə qarşılaşacaq.

“Kapital Bank Arena”da keçiriləcək matç sentyabrın 7-i saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.