“Düdelanj” klubu Avropa Liqasının qrup mərhələsinin ev oyunları üçün bilet qiymətlərini açıqlayıb.

Unikal.org xəbər verir ki, Lüksemburq təmsilçisinin “Qarabağ”, “Sevilya” və APOEL-lə keçirəcəyi ev oyunlarına bilet qiymətləri sektorlara görə 75, 100 və 150 avrodur.

“Düdelanj” klubun rəsmi saytı vasitəsilə “Sevilya” və “Qarabağ”la oyunlara azarkeş gətirməyi planladığını açıqlayıb.

“Qarabağ” “Düdelanj”la ilk oyununu oktyabrın 3-də səfərdə keçirəcək.