Daxili İşlər Nazirliyi ötən gün ərzində ölkədə baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata əsasən, gün ərzində törədilən 16 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən qalan 24 cinayətin təfərrüatları məlum edilib.
Axtarışda olan ümumi 49 nəfər, o cümlədən müki-hüquqi öhdəliklərdən yayınan 1 nəfər və borclu kimi axtarılan 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Həmçinin respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Bundan əlavə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt qeydə alınıb. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.